Braziliyada gəlini toy mərasiminə gətirən vertolyot qəzaya uğrayıb - VİDEO


Dünya 07 May 2018 01:35:04 252 0

Braziliyada gəlini toy mərasiminə gətirən vertolyot qəzaya uğrayıb - VİDEO

Yerə çırpılan helikopter yanmağa başlayıb

Braziliyanın San-Paulu ştatında gəlini toy mərasiminə gətirən vertolyot yerə çırpılaraq yanmağa başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Xoşbəxtlikdən gəlin xəsarət almayıb, lakin onu müşayiət edən 3 nəfər yaralanıb. Qəzaya baxmayaraq, toy təxirə salınmayıb, gəlin bəyin yanına yerüstü nəqliyyat vasitəsi ilə aparılıb.