Nigeriyada bir kəndin əhalisi atəşə tutulub, 45 nəfər ölüb


Dünya 06 May 2018 23:26:00 248 0

Nigeriyada bir kəndin əhalisi atəşə tutulub, 45 nəfər ölüb

Nigeriyanın Kaduna əyalətinin Qvakska kəndində silahlıların yerli sakinləri atəşə tutması nəticəsində 45 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki,silahlı insident zamanı çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar istintaq başlayıb.