Beyin dalğaları ilə idarə edilən cihaz


Digərləri 06 May 2018 22:45:00 292 0

Beyin dalğaları ilə idarə edilən cihaz

Muş Alparslan Universitetində Kompyuter Mühəndisliyi ixtisasında oxuyan dörd şagird, beyin dalğaları mövzusuna diqqət edərək beyin dalğaları ilə idarə edilə bilən bir vasitə yaratdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər hansı bir maddi dəstək olmadan şagirdlər, heç bir əmr istifadə etmədən tamamilə beyin dalğaları ilə hərəkət edə bilən vasitə üçün cəmi 545 manat xərclədilər. Maddi olaraq şagirdləri çox məcbur etməyən vasitənin tamamlanması isə 3 ay kimi bir müddət aldı. Lakin nəhayət məqsədlərinə çatan şagirdlər, əldə etdikləri nəticədən məmnun qaldılar.

Kompyuter mühəndisliyinin 2-ci kurs tələbəsi Məmməd, vasitənin iş mexanizmini izah etdi: "Vasitəmiz üçün 200 sətir kod yazdıq. Beyindən ifraz olunan dörd dalğa ilə vasitəyə diqqət etdiyimiz zaman irəli getməsini təmin edirik. Başımızda rəqəmlər düşündüyümüz zaman vasitəmiz geri gedir. Dayanması üçün də rahatlamağımız, yəni bir şey düşünməyimiz lazımdır".