Mənzillərin güzəştli satışına başlanılır


Digərləri 06 May 2018 21:33:00 243 0

Mənzillərin güzəştli satışına başlanılır

Sabahdan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışına başlanılır.

Son.az-a MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də, saat 10:00-da başlayacaq və avqustun 7-də, saat 10:00-dək davam edəcək.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub.