Çimərliklər açıldı VİDEO


Digərləri 06 May 2018 20:19:00 354 0

Çimərliklər açıldı  VİDEO

Bəzisi dənizdə çimir, bəzisi də ailəsi ilə birlikdə istirahət edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, artıq bir neçə gündür ki, Bakıda və Sumqayıtda bəzi çimərliklər havaların isinməsi ilə əlaqədar qapılarını müştərilərinin üzünə açıblar. Məsələn, Hövsan çimərliyinin yaxınlığında fəaliyyət göstərən bəzi içtimai iaşə obyektləri müştərilərin rahat istirahəti üçün obyektlərdə təmir-bərpa, eləcə də təmzlik işləri həyata keçiriblər. Çəkiliş apardığımız zaman, hətta dənizdə çimənlərin olduğunun şahidi olduq. Novxanı çirməliyində isə böyükdən tutmuş uşaqlara kimi, hər kəs havanın isti keçməsindən faydalanıb, dənizin keyfini çıxarır. Çimərlik mərkəzlərindən bildirilib ki, bu mövsümdə giriş vətəndaşlar üçün pulsuz olacaq. Bura gələnlər sadəcə xidmət haqqı ödəyəcəklər. Qeyd edək ki, artıq Novxanı çimərliyi ərazisində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri ıstırahət zonası ərazisini nəzarətdə saxlayırlar.


Xəbərə aid video