Peyğəmbərin dövründə hicab necə idi?


Digərləri 06 May 2018 19:40:00 367 0

Peyğəmbərin dövründə hicab necə idi?

Həzrət Peyğəmbərin (s) dövründə qadınların hicab mövzusu diqqəti çəkən mövzulardan olmuşdur. İnsanlar arasında müəyyən qədər fəsad yayılsa da, coğfagi şəraitdən asılı olaraq həm kişilərin və həm də qadınların özünəməxsus baş örtükləri var idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam dininin zühuruna qədər bu vəziyyət belə davam edirdi. Yəni, kişi və qadın evindən çıxan zaman adət üzrə başlarını örtərdilər.

Ancaq elə ki, əziz Peyğəmbər (s) Mədinəyə hicrət etdi, hicabla bağlı ayə nazil oldu. Bundan əvvəl qadınlar da kişilər kimi baş örtüklərini boyunlarından arxaya atardılar və boyunları açıq olardı.

Ancaq bu ayədən sonra qadınlar başlarına taxdıqları hicabla bütün əzalarını, o cümlədən həm də boyunlarını örtməyə vəzifələndirildilər.