Xərçəng xəstəliyi ilə bağlı insanların bilməsi vacib olan


Digərləri 06 May 2018 19:42:00 306 0

Xərçəng xəstəliyi ilə bağlı insanların bilməsi vacib olan

Amerika Onkologiya Cəmiyyətinin məlumatlarına görə, hər gün ortalama 1500 insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Ölümcül bir xəstəlik olan xərçəng haqqında bilməniz lazım olan məlumatları sizlərə təqdim edəcəyik. Araşdırmalara görə, xərçəng xəstəliyinə yoluxmada ilkin ehtimallar fiziki məşqlərin edilməməsi, radiasiyaya məruz qalma, piylənmə, siqaret və çirkli havadır. Daha çox qadınlarda rast gəlinən döş xərçənginə kişilərdə də rast gəlmək mümkündür. Döş xərçənginə yoluxan qadınların əksəriyyəti siqaret çəkənlərdir.

Son.az musavat.com-a istinadən bildirir ki, cild xərçəngi də bu xəstəliyin ən yayğın növlərindəndir. Tarixdə tək bir səbəbdən qaynaqlanan ən böyük xərçəng xəstəliyi faciəsinə "Çernobıl" hadisəsi zamanı rast gəlinib.

Hər bir insanın vücudunda gün ərzində 200-1000 rası xərçəng hüceyrələri yaranır. Lakin sağlam insan vücudundakı immun sistemi bu hüceyrələri məhv edir. Xərçəng hüceyrələri milyon və milyarda çatmadan ortaya çıxmır. Əgər insanın immunitet sistemi düzgün işləmirsə o zaman bu xəstəliyin ortaya çıxma riski çoxdur.

Dünya Sağlamlıq Təşkilatının araşdırmalarına görə, düzgün qidalanmamaq da 70 faiz bu xəstəliyin yaranmasına səbəb olur.

Qədərindən artıq istifadə edilən süd, kofe, çay, turşu və şəkər xərçəng xəstəliyinin meydana gəlməsinə səbəb olan qidalardır. Xərçəng xəstəliyinin müalicəsi zamanı xəstələrə tətbiq edilən radio şüa bədəndəki zərərli hüceyrələrlə yanaşı, sağlam hüceyrələri də məhv edir.

Bu səbəbdən də bu xəstəliyin müalicəsi zamanı ürək, ağciyər, qaraciyər və böyrək kimi önəmli orqanlar zərər görə bilir. Xərçəng xəstəliyinə yalnız insanlarda deyil, heyvanlarda da rast gəlinir. Çirkli hava ağciyər ilə yanaşı, sidik kisəsi xərçəngini də yarada bilir.