Kanadada güclü külək nəticəsində 3 nəfər həyatını itirib
Dünya 06 May 2018 19:01:22 273 0
Küləyin sürəti saatda 110 kilometrə çatıb
Kanadanın Ontario əyalətində güclü külək nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bundan əvvəl 1 nəfərin öldüyü, daha 1-nin isə yaralandığı bildirilirdi.
Kanadanın cənub-şərq hissəsində güclü külək cümə günü səhər saatlarından əsməyə başlayıb. Küləyin sürəti saatda 110 kilometrə çatıb.
Mənbə: report.az