Türkiyədə dəniz körpüsünün uçması nəticəsində 8 nəfər yaralanıb


Digərləri 06 May 2018 17:53:00 242 0

Türkiyədə dəniz körpüsünün uçması nəticəsində 8 nəfər yaralanıb

Türkiyənin qərbində yerləşən Didim şəhərindəki dəniz körpüsünün çökməsi nəticəsində səkkiz nəfər yaralanıb.

Son.az report.az-a istinadən bildirir ki, beşulduzlu otelə məxsus 10 metr hündürlüyündə beton körpü üzərində çoxlu sayda insanın olduğu zamanı uçub.

Hadisə yerinə gələn xilasedicilər hamını xilas edə biliblər. Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, iki qadının vəziyyəti ağırdır.