Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib


Digərləri 06 May 2018 14:15:55 161 0

Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib

Türkiyə rusiyalı turistlərin sayında artım gözləyir

Türkiyə ölkəyə gələn rusiyalı turistlərin sayıda artım gözləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına rus dilində müsahibəsində deyib.

"Rusiyadan daha çox turist görmək istəyirik. Türkiyə çox gözəl ölkədir və Antalya gözəl şəhərdir. Türk mətbəxi çox dadlıdır", - deyə Çavuşoğlu bildirib.

2017-ci ildə Türkiyəyə 4,72 milyon rusiyalı turist gəlib ki, bu da 2016-cı ilin göstəricilərini 5,5 dəfə üstələyir.