Azərbaycanda vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 39-a enib


Digərləri 06 May 2018 13:01:00 272 0

Azərbaycanda vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 39-a enib

Azərbaycanda 2010-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər əhaliyə 53 idisə, hazırda bu rəqəm 39-a enib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda 2010-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər əhaliyə 53 idisə, hazırda bu rəqəm 39-a enib. Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) direktoru, protessor Həqiqət Qədirova deyib. Onun sözlərinə görə, ölkədə ilkin aşkarlanmış vərəm hallarında da 21 faiz azalma müşahidə olunur. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə müasir üsulların tətbiqi, xəstələrin dərman preparatları ilə təminatı və s. hesabına vərəmdən ölüm hadisələri da azalır. 2010-cu ilə müqayisədə vərəmin gecikmiş və yayılmış formalarının sayı da 2 dəfə azalıb.