Qaxda avtomobil oğruları tutuldu VİDEO


Digərləri 05 May 2018 20:52:00 259 0

Qaxda avtomobil oğruları tutuldu  VİDEO

Qaxda avtomobil oğruları yaxalanıb. Qax rayonu Əlibəyli kənd sakini, 42 yaşlı Alik Xəlilov Qax rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus "VAZ 21074" markalı 62 BX 527 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə məlumat verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Alik Xəlilova məxsus avtomobili rayonun Qaxbaş kənd sakinləri olan 30 yaşlı İmeda Qamxaraşvili və əvəllər məhkum olmuş 27 ya Səbuhi Məmmədovun oğurlamaları məlum olub.

Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutulub, oğurladıqları avtomobil maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Qax RPŞ-də istintaq tədbirləri davam etdirilir.


Xəbərə aid video