Botoks etdirən qadının üzü çürüyür


Digərləri 05 May 2018 19:08:00 360 0

Botoks etdirən qadının üzü çürüyür

İngiltərənin paytaxtı Londonda 57 yaşlı Karol Kinqskot botoks qurbanı olub. Prosesin yanlış tətbiq edilməsi nəticəsində qadının üzü həddən artıq şişib və amansızcasına döyülmüş kimi rəngi gömgöy olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, "Mirror"un məlumatına görə qadın üzündə hiss etdiyi ağrının keyidici iynə vurulmadan diş çəkilməsinə bənzədiyini bildirib.

Bu proseduru həyata keçirən Ozan Melin K.Kinqskotun üzünə tərkibi bilinməyən maddə vurub. O, bu iddianı rədd etsə də, hazırda tərkibi bilinməyən təhlükəli maddə ilə insanların sağlamlığına zərər vurmaqla təqsirləndirilir. Belə ki, K.Kinqskotdan başqa o, daha iki qadını da eyni vəziyyətə salıb.