Litva prezidenti Vladimir Putinin inauqurasiyasına dəvət edilmədi


Dünya 05 May 2018 16:48:00 267 0

Litva prezidenti Vladimir Putinin inauqurasiyasına dəvət edilmədi

Litva prezidenti Dalya Qribauskayte və Litvanın Moskvadakı səfiri Remiqiyus Motuzas Rusiya prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiyasına dəvət edilməyib.

Son.az Report-a istinadən xəbər verir ki, Litvanın Prezident Administrasiyasının Mətbuat xidmətindən bu vaxta qədər mərasimə dəvət edilmədikləri bildirilib. Litva Xarici İşlər Nazirliyindən isə cümə günü işin sonuna qədər Litvanın Moskvadakı səfirliyinə də dəvət gəlmədiyi vurğulanıb. Nazirlikdən qeyd ediblər ki, mərasimdə iştirak edib-etməməklə bağlı qərarı dəvət aldıqdan sonra verəcəklər.