"Cocuq Mərcanlı kənd təsərrüfatı texnikaları, gübrə və toxumlarla əvəzsiz təmin ediləcək"


Digərləri 05 May 2018 16:00:00 321 0

"Cocuq Mərcanlı kənd təsərrüfatı texnikaları, gübrə və toxumlarla əvəzsiz təmin ediləcək"

Kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.

Son.az Trend-ə istinadən bildirir ki, İ.Kərimov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə əvvəlcə Horadiz şəhərində "Aprel şəhidlərinə xatirə" abidəsini ziyarət edib.

Cocuq Mərcanlıya gələn İ.Kərimov kənd sakinləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin nümayəndələri, mütəxəssisləri fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüşlər keçirir. "Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərməliyik".