​“Qızım mənə qadağa qoyub ki, olmaz” Rəqqasə VİDEO FOTO


Şou-biznes 05 May 2018 14:12:00 292 0

​“Qızım mənə qadağa qoyub ki, olmaz”  Rəqqasə  VİDEO  FOTO

Son.az bildirir ki, "ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib.

O, ilk olaraq işlərindən bəhs edib:

"Səs-soraq gələndə də elə gəlməlidir ki, bu, işin və ya hansısa təqdimatınla bağlı olmalıdır. Bu gün insanların özlərinin kifayət qədər problemi var. Onların başları öz problemlərinə qarışıb. Öz problemlərimizi və mənfi auramızı tamaşaçıya göndərmək düzgün deyil. Mən pula görə özümü öldürmürəm. Bu, mənim həyat tərzimdir. Bu gün mənim işim yoxdur. Ona görə də mənə depressiya gəlir, xəstələnirəm, başım ağrıyır, qocalıram. Elə hiss edirəm ki, daxilən 80 yaşım var".

Fatimə artıq övladının onun şəkil paylaşmasına qadağa qoyduğunu etiraf edib:

"Artıq mənim qızımla olan şəklimi görə bilməzsiz. Mümkün deyil. Düşünürəm ki, heç vaxt da mümkün olmayacaq. Əslində mən istəyərəm. Niyə də paylaşmayım? Gözəl-göyçək qızım var. Ağıllı-kamallı qızdır. Şükürlər olsun ki, gizlətməyə qorxum da yoxdur. Sadəcə olaraq qızım böyüyüb, onun öz həyatı, gələcəyi olduğuna görə qızım tərəfindən qadağa qoyulub ki, mən heç yanda görünməməliyəm. Oğlum, bəlkə böyüyəndən sonra deyəcək ki, məni kameralardan uzaq elə! Amma indi balacadır. İnanmıram. Onda mənim xarakterim var. O indidən bunu sevir".


Xəbərə aid foto