"Azərbaycanda sənaye potensialının reallaşdırılmasında elmiinnovativ ideyaların biznesə inteqrasiyası vacibdir" FOTO


Digərləri 05 May 2018 12:58:00 321 0

"Azərbaycanda sənaye potensialının reallaşdırılmasında elmiinnovativ ideyaların biznesə inteqrasiyası vacibdir"  FOTO

Bu gün Gəncə şəhərində "II Milli Sənaye Mühəndisliyi Forumu" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov bildirib ki, ölkədə sənaye potensialının reallaşdırılması və bu istiqamətdə inkişaf perspektivlərinin müzakirə edilməsi baxımından forumun əhəmiyyəti böyükdür.

O.Məmmədov qeyd edib ki, forum təkcə sənaye mühəndisliyi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və mübadiləsi ilə kifayətlənməyəcək, eləcə də, sənaye potensialının reallaşdırılmasına yönəlik elmi-innovativ ideyaların biznesə inteqrasiyası istiqamətində mühüm platforma rolunu oynayacaq.

Agentliyin icraçı direktoru bildirib: "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafı hər zaman diqqət mərkəzində olmuş, bu istiqamətdə geniş islahatlar həyata keçirilmişdir. Aparılan islahatların ardıcıllığının təmin olunması, habelə, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılmışdır. Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda - "Kiçik və Orta Sahibkarlıq Evləri"ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini vahid və xüsusi səlahiyyətli qurum kimi həyata keçirəcək".


Xəbərə aid fotolar