Kraliçanın kəndi 442 milyon dollara bərpa olundu FOTO


Digərləri 05 May 2018 10:29:00 427 0

Kraliçanın kəndi 442 milyon dollara bərpa olundu  FOTO

Fransa tarixində ən zavallı, ən qəddar və ən qalmaqallı kraliça kimi qalmış Mariya-Antuanettanın əmri ilə inşa olunmuş "Hameau de la Reine" kəndi tam bərpa olunub.

Son.az European-a istinadən bildirir ki, Fransanın paytaxtı Parisin yaxınlığındakı Versal şəhərində, fransız krallarının əsas iqamətgahı olan Versal sarayının ərazisində yerləşmiş bu kəndin bərpa və rekonstruksiyasına 442 milyon dollar xərclənib.

1783-cü ildə kraliçanın əmri ilə inşa olunmuş "Hameau de la Reine" kəndi Versaldakı əsas Şato de Versal sarayından 2 kilometr aralıdadır.

Kiçik Trianon kompleksinin bir hissəsi olan bu kənddə kraliçanın əmri ilə 12 taxta ev, süd ferması, Malbruk qülləsi, üzüm bağı, bostan, quşxana, pendirxana, göyərçin damları və dəyirman "yaradılmışdı".

Kraliça burada "kənd həyatı" yaşayırdı. Kənddə hər gün kralia üçün tamaşalar göstərilirdi.

Saray həyatından usananda Mariya-Antuanetta bu kənddə "sadə kəndli qadın"a dönürdü.

Xatırladaq ki, Mariya-Antuanetta kimi tarixdə qalmış Mariya-Antoniya Yozefa İohanna Habsburq-Lotaringen (2 noyabr 1755-ci il Vyana - 16 oktyabr 1793-cü il, Paris) Fransa kraliçası, imperator 1-ci Frans və Mariya-Terezanın kiçik qızı, Fransa kralı 16-cı Lüdovikin xanımı idi.


Xəbərə aid fotolar