Şahzadənin toyu: 135 min dollarlıq gəlinlik, 3 min qonaq VİDEO FOTO


Digərləri 05 May 2018 09:56:00 413 0

Şahzadənin toyu: 135 min dollarlıq gəlinlik, 3 min qonaq  VİDEO  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harri ilə sevgilisi Meqan Marklın toyuna 1200 nəfər "adi insan" dəvət olunub. Lakin onlara yeməkləri özləri ilə gətirmək tapşırılıb.

Son.az The Guardian-a istinadən bildirir ki, zadəgan olmayan bu qonaqları 9 lord seçiblər. Şahzadə Harri ilə M.Markl bu lordlardan "əməkləri və əməlləri ilə müxtəlif sahələrdə uğurlara nail olmuş insanları" seçməyi xahiş ediblər.

Bu "sadə" insanlar arasında nazirlər, milyarderlər, sənətçilər də var.

Dəvət olunmuşlar Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsindəki nikah mərasiminə buraxılmayacaqlar. Lakin onlar bəylə gəlinin qəsrə girişini və çıxışını seyr edə biləcəklər.

Toya 1200 "sadə insan"la yanaşı, kral ailəsinin qohumlarından və dostlarından 600 nəfər, Meqan Marklın çalışdığı xeyriyyə təşkilatlarından 200 nəfər, Vidzor qəsrində yaşayan və çalışan 610 nəfər, şahzadə Harrinin hersoqlouğundan 530 nəfər və qəsrin qulluqçularının 100 övladı dəvət olunacaq.