Fuad Poladov vəfat etdi


Digərləri 05 May 2018 09:05:00 277 0

Fuad Poladov vəfat etdi

Azərbaycanın Xalq artisti Fuad Poladov vəfat edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib.

O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.