Çində dünya rekordu: 1374 dron eyni anda havada


Digərləri 05 May 2018 08:31:00 264 0

Çində dünya rekordu: 1374 dron eyni anda havada

Fəaliyyəti pilotsuz uçan aparatlarla bağlı olan Çinin "EHang Egret" şirkəti eyni anda havada olan dronların sayına görə Ginnesin dünya rekordunu vurub. 

Son.az lent.az-a istinadən xəbər verir ki, 13 dəqiqə ərzində 1374 ədəd dron havada olub və bununla da bütün mümkün fiqurları formalaşdırıb. Onların düzülüşü təxminən 1 kilometr təşkil edib.  

Bundan əvvəl bu rekord "İntel" şirkətinə məxsus olub. Belə ki, 2018-ci ilin fevralında Cənubi Koreyadakı Olimpiya Oyunlarında şirkət 1218 dronu havaya buraxıb.