Tavada artıq qalan yağı atmayın


Digərləri 04 May 2018 23:48:00 308 0

Tavada artıq qalan yağı atmayın

Bir çox hallarda kartof, kotlet, peraşki qızartdıqda tavada artıq yağ qalır. Həmin yağlar isə əksərən mətbəx borularına tökülür. Bu isə çox zərərlidir, çünki bu cür yağlar ətrafa həddindən çox zərər vurur. Mütəxəssislər bildirir ki, 1 litr tullantı yağ 1 milyon kub metr təmiz suyu çirkləndirir. Buna görə siz də tavada artıq qalan yağı atmayaraq, ətraf aləmin çirklənməsinin qarşısını ala bilərsiniz. Son.az ailem.az-a istinadən bununla bağlı faydalı məsləhət verir.

Qalıq yağlardan şam hazırlaya bilərsiniz. Bunun üçün bir ədəd naringini götürün və onun meyvəsini çıxararaq qabığının içinə qalıq yağı tökün. Daha sonra içinə sap halına gətirdiyiniz pambıq qoyun. İstəsəniz, içinə esansiyal yağlardan töküb ətrafa gözəl qoxular yaymasını təmin edə bilərsiniz.