Ucarda iki avtomobil toqquşdu:


Digərləri 04 May 2018 17:20:00 266 0

Ucarda iki avtomobil toqquşdu:

Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-21015 markalı minik avtomobillərinin toqquşması nəticəsində Ucar rayonun Qarabörk kənd sakini, 1989-cı il təvəllüdlü Orxan Tural oğlu Həmidov və Bağman kənd sakini, 1992-cı il təvəllüdlü Tural Eldəniz oğlu İsmayılov müxtəlif xəsarətlər alıblar.

Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.