Ukraynada azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib (FOTO)


Digərləri 04 May 2018 16:52:00 262 0

Ukraynada azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində azərbaycanlı rəssamlar Əkbər Cavadovun və Rasim Seydimovun əsərləri nümayiş etdirilib.

Bakı. Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində azərbaycanlı rəssamlar Əkbər Cavadovun və Rasim Seydimovun əsərləri nümayiş etdirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, İvano-Frankovsk Şəhər Administrasiyası rəhbərinin və səfirliyin təşkilatçılığı ilə baş tutan sərgidə şəhər meri Ruslan Marçinkiv, Azərbaycan, Macarıstan, Bolqarıstan, Gürcüstan və digər ölkələrin səfirləri, ictimai xadimləri, media nümayəndələri iştirak ediblər.