Hindistanda azı 10 nəfəri sel apardı


Dünya 04 May 2018 16:06:00 291 0

Hindistanda azı 10 nəfəri sel apardı

Hindistanın Teliqana və Andxra-Pradeş ştatlarında leysan yağışları ciddi fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, azı 10 nəfər sel sularının qurbanı olduğu bildirilib.

Məlumata görə, güclü yağışdan sonra bir neçə yaşayış məntəqəsini su basıb, eləcə də düyü zəmiləri suyun altında qalıb. Güclü küləyin isə ağacları və elektrik dirəklərini dibindən qopararq aşırdığı bildirilir.