"Qızların erkən yaşda ərə verilməsinə yanlış dini təsəvvürlər şərait yaradır"
Digərləri 04 May 2018 15:44:00 107 0
Azərbaycanda erkən nikahların sayı azalmaqdadır.
Bu xəbəri də oxu: Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır - Fərid Şəfiyev
Son.az xəbər verir ki, bunu APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. O bildirib ki, Azərbaycanda 2011-ci ildə 5 138, 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb: "Lakin təəssüf ki, 2014-cü ildə erkən nikahlarda artım müşahidə olunur. 2014-cü ildə erkən nikahların sayı 479 təşkil edib. 2015-ci ildə bu rəqəm bir qədər azalaraq 388 olub. 2016-cı ildə isə ölkədə 312 erkən nikah qeydə alınıb".
A. Veysəlovanın sözlərinə görə, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə 3296, 2015-ci ildə 2895 nəfər, 2016-cı ildə isə 2809 olub: "Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur. Daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Preventiv işlər çərçivəsində uşaqların təhsilə davamiyyəti ilə bağlı göstəricilər nəzərdən keçirilir, məktəbdə təhsil alan və risk qrupuna aid ailələrdən olan şagirdlərin təhsil göstəriciləri, eləcə də şagirdlərin dərsdənkənar üzləşə biləcəyi mənfi hallarla bağlı məktəb kollektivi ilə müzakirələr aparılır. Risk qrupuna daxil olan, xüsusilə qız uşaqlarını təhsildən yayındıran valideynlər nəzarətə götürülərək onlarla profilaktik işlər aparılır, problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciət edilir".
Mayın 1-dən Bakıda start götürən Üçüncü Şopinq Festivalında müvəkk

Bu gün "Səhər-Səhər" verilişinin qonağı cazibədar ifaçı Dil

"Rusiya bundan sonra da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiş

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Az

BBF-nin əsas diqqət etdiyi məsələlərdən biri ölkə iqtisadiyyatının ş

Onlar partlayıcılar və bir əldəqayırma bomba hazırlayıblar

Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəh

Bu gün Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan

Rok musiqisinin kralı Elvis Preslinin fanatları belə hesab edir ki, onların

İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbr

Mariya Zaxarova: "Dağlıq Qarabağ məsələsində ardıcıl mövqe tuturuq"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarında
