Stavropolda terror törətmək istəyən iki nəfər zərərsizləşdirilib


Dünya 04 May 2018 15:27:21 289 0

Stavropolda terror törətmək istəyən iki nəfər zərərsizləşdirilib

Onlar partlayıcılar və bir əldəqayırma bomba hazırlayıblar

Rusiyanın Stavropol diyarının Nebinnomıssk şəhərində terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər zərərsizləşdirilib.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bəyanat yayb.

"Mayın 4-də Nevinnomıssk şəhərində terror aktı törətməyi planlaşdıran dini-ekstremist özəyin iki lideri xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiklərinə görəzərərsizləşdiriliblər”, - FTX-dan bildirib.

Məlumata əsasən, onlar partlayıcılar və bir əldəqayırma bomba hazırlayıblar.