Azərbaycan Beynəlxalq Bankı Bakı Şopinq Festivalının müvəkkil bankıdır


Digərləri 04 May 2018 15:39:50 211 0

Azərbaycan Beynəlxalq Bankı Bakı Şopinq Festivalının müvəkkil bankıdır

Mayın 1-dən Bakıda start götürən Üçüncü Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir.

Bakı. Mayın 1-dən Bakıda start götürən Üçüncü Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir. Bankdan Trend-ə verilən məlumata görə, çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir. Bunlar Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti (Nizami küçəsi - 67) və Nəsimi filialıdır (28 may küçəsi, 21 A). Qeyd edək ki, bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, “Baku Shopping Festival – Tax Free” nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir.