Anar Məmmədov Britaniya vətəndaşlığı aldı


Digərləri 04 May 2018 14:49:00 268 0

Anar Məmmədov Britaniya vətəndaşlığı aldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb.

Son.az xəbər verir ki, bu haqda məlumatı "Yeni Müsavat" yayıb. Qəzet bildirir ki, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.

Qəzet yazır ki, Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq  o qədər "ucuz" deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün "cəmi" 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.