17 karateçimiz 53-cü Avropa çempionatına yollanır (FOTO)


Digərləri 04 May 2018 13:53:00 235 0

17 karateçimiz 53-cü Avropa çempionatına yollanır (FOTO)

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi 9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatına yola düşən milli komandanın heyəti ilə görüşüb.

Bakı. Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi 9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatına yola düşən milli komandanın heyəti ilə görüşüb. Trend-in məlumatına görə, Federasiya prezidenti Yaşar Bəşirov qarşıdakı məsul yarışda yüksək nəticə göstərməyin vacibliyini diqqətə çatdıraraq, karateçilərə bəslənən ümidlərin doğrulacağına inandığını bildirib. Təşkilatın rəhbəri ilə birgə çıxışlarda 1-ci vitse-prezident Fərid Əsgərov, vitse prezident Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, İdarə heyətinin üzvləri Füzuli Musayev, baş hakim Cahangir Babayev, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov komandaya uğurlar arzulayıb.