Əli Əhmədov: "Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır"


Digərləri 04 May 2018 12:56:42 448 0

Əli Əhmədov: "Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır"

Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - icraçı katib Əli Əhmədov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda Heydər Əliyevin siyasətinin və onun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində təhsil sahəsində çox böyük irəliləyişlər əldə edilib: "Təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Bu da öz bəhrəsini verməkdədir. İlham Əliyevin təhsilə xüsusi önəm verməsi heç də təsadüfi deyil".

Ə.Əhmədov bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir.