Azərbaycanda 100 min hektarlıq yeni milli park yaradılacaq


Digərləri 04 May 2018 12:58:00 471 0

Azərbaycanda 100 min hektarlıq yeni milli park yaradılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala-Balakən biosfer rezervatının (qoruğunun) yaradılması üzrə hazırlıq işlərini tamamlamaq üzrədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, həmin bölgədə sahəsi 40 min hektardan çox olan qoruq fəaliyyət göstərir: "Bu qoruğun bazasında Cənubi Qafqazda ilk biosfer rezervatının yaradılması nəzərdə tutulub. Qoruğun ətrafında olan ərazilər də bura daxil ediləcək. 2021-ci ilə qədər işin bitməsi nəzərdə tutulub. Bu il layihənin həyata keçirən şirkət seçildikdən sonra işlərə başlanılacaq".