Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni əməkdaşlıq formatına keçir


Digərləri 04 May 2018 11:16:35 318 0

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni əməkdaşlıq formatına keçir

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) "Nüvə Tədqiqatları Mərkəzi" QSC ilə 2019-2021-ci illərdə Azərbaycanda tədqiqat reaktorunun tikintisi layihəsi üzrə əməkdaşlığı yeni formatda davam etdirəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə "Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu bəyanatla IAEA-nin baş direktoru Yukiya Amano QSC-də təşkil edilən görüşdə çıxış edib: "IAEA ilə nüvə tədqiqat reaktorunun tikintisi məsələsi üzrə əməkdaşlıq texniki sənədlərin hazırlanmasını və bu sahədə kadr potensialının artırılmasını nəzərdə tutur. Y.Amano hazırkı vəziyyət ilə və QSC-nin bu sahədə apardığı işlərlə tanış olub. Tədqiqat reaktorunun tikintisi ilə bağlı bütün sənədlər, strateji plan və texniki tapşırığın bir hissəsi artıq hazırlanıb. IAEA-nin baş direktoru qeyd edib ki, sənədlərin hazırlanması, eləcə də bu sahədə görülən işlər Beynəlxalq Atom Enerjisi Agentliyinin standartlarına və tələblərinə uyğun olmalıdır".