Keyfiyyətli baramanı necə yetişdirmək olar?


Digərləri 04 May 2018 08:19:00 293 0

Keyfiyyətli baramanı necə yetişdirmək olar?

Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da gücləndirilib. İxracyönümlü sahə olan baramaçılıq kənd yerlərində məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda 2025-ci ilədək yaş barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulur.

Hazırda rayonlarda kümçülərə ipəkqurdları toxumları paylanılıb və bəslənmə dövrüdür. Bu sahənin inkişafında mühüm amillərdən birinin də keyfiyyətli barama yetişdirmək olduğunu nəzərə alsaq, kümçülər bəslənmə dövründə nəyə diqqət yetirməlidirlər? Son.az AZƏRTAC-a istinadən Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun ipəkqurdunun bəslənilməsinə dair aqrozootexniki tövsiyələrini təqdim edir.

Tut ipəkqurdu yemlənəcək sahələrin hazırlanması

Yemləmə otaqları qabaqcadan əhənglə ağardılmalı, 40 faizli formalin məhlulu ilə dezinfeksiya olunmalıdır. Otaqların əvvəlcədən qapı və pəncərələrindəki açıq sahələr tam tutulmalıdır (bunu xamır hazırlamaqla etməli). Dezinfeksiya olunmuş otaqlar 2-3 gün tam hermetik (bağlı) şəkildə saxlanıldıqdan sonra qapı və pəncərələr açılmalı, havalandırılmalıdır. Yemləmə otaqlarında istilik yaradılmalı və formalinin iyinin kəsilməsi məqsədilə tez-tez su çilənməlidir.

Kiçik və böyük yaşlarda qurdların bəslənməsi

Toxumdan çıxan andan tut ipəkqurdu artıq 1-ci yaşda olur. Birinci yaşda olan qurdların yemləmə müddəti orta hesabla 3 gün çəkir. Üç gündən sonra qurdların baş hissəsi ağarmağa başlayır ki, bu, artıq onun yuxuya getməsinin əlamətidir. Birinci yaşında qurdlar 1,5-2 gün müddətində yuxuda olur. Yuxuda olan qurdlara yem verilməsi olmaz. Ona görə ki, qurdlarda qabıqdəyişmə prosesi getdiyindən onlara yem verilməsinə ehtiyac yoxdur. Yuxudan ayılmış qurdlar artıq 2-ci yaşında olur.

Qurdların yemlənməsi

Birinci yaşda olduğu kimi, ikinci və üçüncü yaşlarda da yemləmə müddəti orta hesabla 3-4 gün çəkir. Dördüncü yaşda yemləmə müddəti orta hesabla 5 gün, yuxusu isə 2 gün, beşinci yaşda yemləmə müddəti 7-8 gün, yuxusu isə 2,5-3 gün çəkir. Birinci, ikinci və üçüncü yaşlarda qurdlar kiçik doğranmış yarpaqlarla yemləndirilməlidir. Dördüncü və beşinci (böyük) yaşlarda isə yarpaqları zoğla birlikdə vermək olar. Bu, qurd bəslənən tərəcələrdə (mərtəbələrdə) məsaməlik yaratmaqla havalandırma prosesini gücləndirir və kiflənmənin qarşısını alır. Beşinci yaşda qurdları budaqlarla birgə yemləmək olar. Bir şərtlə ki, budaqlar tərəcədə çarpaz şəkildə qoyulsun.

Temperatur və nisbi rütubətin nizamlanması