Yeni Moskvada 12 ədəd sərnişin avtobusu yanıb


Dünya 04 May 2018 04:43:39 259 0

Yeni Moskvada 12 ədəd sərnişin avtobusu yanıb

Yağının sahəsi 300 kv. metr tşkil edib

Yeni Moskvanın Şerbinka şəhərinin Tipoqrafski küçəsində 12 avtobus yanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, yanğın-xilasetmə bölməsinin əməkdaşları yanğını söndürüblər. Yağının sahəsi 300 kv. metr tşkil edib.

Zərərçəkənlər barədə məlumat yoxdur.