Çin ABŞ qırıcılarına lazerlə hücum edib


Digərləri 03 May 2018 23:57:00 345 0

Çin ABŞ qırıcılarına lazerlə hücum edib

Çinin Cibutidəki hərbi bazasının əsgərləri  ABŞ hərbi təyyarələrinin uçuşuna maneə yaratmaq üçün lazerlərdən istifadə edib.

Son.az oxu.az-a istinadən bildirir ki, ABŞ KİV-də yayılan bu xəbəri Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt da təsdiqləyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton artıq insidentlə bağlı Çinə nota göndərib və Pekinin məsələyə aydınlıq gətirməsini tələb edib. Uayt bildirib ki, lazerlə tuşlama nəticəsində pilotların həyatına ciddi təhlükə yaranıb.