İş saatı ən uzun olan ölkələr


Digərləri 03 May 2018 23:40:00 270 0

İş saatı ən uzun olan ölkələr

Cənubi Koreya parlamenti həftəlik iş müddətinin maksimum həddini 68-dən 52-yə endirən qanunu qəbul edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, inkişaf etmiş ölkələr arasında Cənubi Koreya ən uzun iş saatlarına sahibdir.

İyul ayında qüvvəyə minəcək bu yeni qanun, ilk mərhələ üçün sadəcə böyük şirkətlərdə tətbiq olunacaq. İş dünyası isə vəziyyətdən heç də razı deyil.

Cənubi Koreya hökuməti isə qanunun yaşayış standartlarını yüksəldəcəyi, yeni iş imkanları açacağı və işçilərin məhsuldarlığını artıracağını söyləyir.

on 10 ildə mühüm azalma ilə müşayiət olunan doğuş dərəcəsinin də yüksələcəyinə ümid edilir.

Meksika ən çox işləyən ölkədir, Rusiya 5-ci, Türkiyə 14-cü yerdə gəlir.

OECD-nin 2017-ci ildə nəşr etdiyi Məşğulluq Hesabatına əsasən, 38 OECD ölkəsi arasında ən uzun iş saatı olanların ilk beşliyi belədir: Meksika, Kosta Rika, Cənubi Koreya, Yunanıstan və Rusiya.

İş Qanununa görə, həftəlik iş saatının qanuni həddi 45 saatdır.

OECD ölkələrində illik ən uzun işləmə saatları Sıra Ölkə Adam başına illik ortalama işləmə saatları 1 Meksika 2,225 2 Kosta Rika 2,212 3 Cənubi Koreya 2,069 4 Yunanıstan 2,035 5 Rusiya 1,974 5 Çili 1,974 14 Türkiyə 1,832 16 ABŞ 1,783 22 Yaponiya 1,713 26 Böyük Britaniya 1,676 38 Almaniya 1,363