Azərbaycan neftinin


Digərləri 03 May 2018 23:21:00 277 0

Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 2-də 68,81 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.