“Mizan əlhikmə” nə kitabıdır və hansı mövzudadır?


Digərləri 03 May 2018 22:45:00 271 0

“Mizan əlhikmə” nə kitabıdır və hansı mövzudadır?

"Mizan əl-hikmə" (tərcüməsi "Hikmət tərəzisi") irihəcmli hədis məcmuələrindən biridir. Son dövrün məhsulu olan bu kitab Ayətullah Reyşəhri tərəfinfən tərtib edilmişdir. "Mizan əl-hikmə" kitabı müxtəlif əqidəvi, əxlaqi və fiqhi mövzularda şiə və sünni mənbələrindən seçilmiş hədisləri əhatə edən bir kitabdır.

Son.az islam.az-a istinadən bildirir ki, mövzular əlifba sırası ilə düzülmüş, fəsillərə ayrılmışdır. Hər mövzu barədə Quran ayələri də təqdim edilmişdir. "Mizan əl-hikmə"dəki hədislər sənədsiz verilmişdir. Burada əsas məqsəd müəyyən mövzu barədə mövcud olan hədisləri bir araya gətirməkdir, hədis barədə araşdırmalar isə ilkin mənbələr üzrə aparılmalıdır.