Tripolidə Seçki Komissiyası binasına hücum


Digərləri 03 May 2018 22:25:00 264 0

Tripolidə Seçki Komissiyası binasına hücum

Liviya rəsmilərinin bildirdiyinə görə, paytaxt Tripolidə Seçki Komissiyası binasına hücum nəticəsində azı 12 nəfər həyatını itirib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb. Hücumçulardan biri özünü partladıb, digərləri isə binaya hücum edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Human Rights Watch-un əməkdaşı Hanan Salah sosial mediada yazıb ki, bu, saxta təhlükəsizlik və inkişafla bağlı deyilənlərin yanlış olduğunun açıq təzahürüdür. Onun təşkilatı silahlı qruplaşmaların qətllər, mülklərin müsadirəsi, insanları oğurlaması, işgəncələr və arbitrar həbslərə yol verdiyi bir şəraitdə seçkilərin çətin keçiriləcəyini bildirir.

Liviya 2011-ci ildə Müəmmar Qəzzafinin devrilərək öldürülməsindən sonra xaos içərisindədir.