Dinozavrdan da yaşlı, yer kürəsində hamıdan çox yaşayacaq canlı


Digərləri 03 May 2018 21:40:00 296 0

Dinozavrdan da yaşlı, yer kürəsində hamıdan çox yaşayacaq canlı

Qurdabənzər bu canlı kosmik fəza şəraitinə, şüalanmanın böyük dozalarına tab gətirir, on illər ərzində qidasız-susuz qala bilir, hətta qaynar sudan da sağ çıxır.

Ərincəklilər və ya su ayıları səkkizayaqlı mikro-heyvanlardır.

Lakin onlar alimlərə məlum olan digər canlı varlıqlara bənzəmir.

Cəmi 1 mm ölçüsü olan ərincəklilər Yer üzünün ən dözümlü orqanizmləridir.

Onlar suda və ya mamır kimi bitkilərdə yaşayır, dünyanın hər yerində onlara rast gəlinir.

Alimlərin dediyinə görə, onların dözümlüyünün səbəbi genetika ilə əlaqəlidir.