Heydər Əliyev prospekti bu gecədən tam açılır VİDEO


Digərləri 03 May 2018 21:19:00 356 0

Heydər Əliyev prospekti bu gecədən tam açılır  VİDEO

Heydər Əliyev prospektinin "Sabunçu" və "Böyük şor" yol qovşağı arasında yerləşən hissəsində aparılan təmir işləri artıq tam yekunlaşıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, həmin hissədə həm şəhər istiqamətində, həm də hava limanı istiqamətində 2 km-dən artıq yol əsaslı şəkildə təmir edilib.

2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Həmçinin yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılıb, ora yeni səki daşları düzülüb və tamet daşları döşənib.

Yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu gecədən etibarən Heydər Əliyev prospektinin hər iki hissəsi tam olaraq sürücülərin istifadəsinə veriləcək.


Xəbərə aid video