Ötən il ölkədə 8 cinayətkar dəstə zərərsizləşdirildi


Digərləri 03 May 2018 20:28:00 209 0

Ötən il ölkədə 8 cinayətkar dəstə zərərsizləşdirildi

2017-ci ildə ölkədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 17 nəfərdən ibarət 8 cinayətkar dəstə zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.