Sabah Abşeronda qaz olmayacaq


Digərləri 03 May 2018 19:04:00 278 0

Sabah Abşeronda qaz olmayacaq

Sabah səhər saatlarından Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, "Müşviqabad" Qaz Paylayıcı Stansiyasında "Sulutəpə-Xırdalan" ölçü qovşağı üzərində quraşdırılmış "Müşviqabad Daxili" ölçü qovşağından qidalanan "Sulutəpə-Xırdalan" orta təzyiqli qaz xəttindən qaz təchizatı 04.05.2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.