Bakı Şopinq Festivalının şanslarla dolu lotereya proqramı


Digərləri 03 May 2018 16:41:00 219 0

Bakı Şopinq Festivalının şanslarla dolu lotereya proqramı

3-cü Bakı Şopinq Festivalının keçirilməsi 1-31 may tarixlərinə təyin edilib. 

Bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanmaq mümkündür. Festival həm yerli əhali, həm də turistlər üçün nəzərdə tutulub. İki həftədən çoxdur ki, sosial şəbəkələrdə diqqətləri cəlb edən #olabilər! hashtag-i "Bunlar yalnız Bakı Şopinq Festivalında ola bilər" mesajının qısa izahı hesab edilir. Bakı Şopinq Festivalının müştərilərini bu dəfə daha çox şans, daha geniş imkanlar, yeniliklər və daha çox hədiyyələr gözləyir. 

Bu ilki festivalı digərlərindən fərqli edən daha bir məqam var. Belə ki, hər il Festival ərzində baş tutan "Festival sürprizləri" adlı stiumllaşdırıcı lotereya proqramı bu il ilk dəfə olaraq onlayn formada keçiriləcək. Artıq alıcılar Festivala üzv olan mağaza, supermarket və restoranlardan əldə etdikləri alış-veriş çekləri və vergi hesab fakturaları ilə onlayn lotereyada iştirak edib, elə yerindəcə hədiyyə qazanmaq imkanı əldə edirlər. Bunun üçün isə şərtlər çox sadədir. Festivala üzv olan ƏDV qaytarmaq proqramına qoşulan mağaza və supermarketlərdə minimum 100 AZN, digər mağaza və restoranlarda isə minimum 50 AZN-lik alış-veriş edib çekləri və vergi hesab fakturaları ilə onlayn lotereyada iştirak etmək olar. Qalib olduğunuz halda bildirilən tarixdə şəxsiyyət vəsiqəsi və alış-veriş çeki ilə birlikdə yaxınlaşıb hədiyyəni götürmək mümkündür.

Festivalın yenilikləri bununla bitmir. Daha bir yenilik ondan ibarətdir ki, alıcılar bir alış-veriş çeki ilə iki dəfə lotereyada iştirak etmək şansı qazanır: Onlayn qeydiyyat zamanı dərhal və 31 mayda keçiriləcək Tirajlı lotereya ilə müştərilərə iki şans təklif edilir. Tirajlı lotereyada 10000 dəyərli hədiyyələrlə yanaşı, Lotereyanın baş sponsoru Nurgun Motors-dan "Nissan Sunny" avtomobili qazanmaq şansı da sizin ola bilər.