Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi


Digərləri 03 May 2018 15:08:00 290 0

Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi

Umayra Tağıyeva yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində işə başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təyinatı ilə bağlı təəssüratını Modern.az-la bölüşən U.Tağıyeva jurnalistlərin dəstəyinə ehtiyacı olduğunu dilə gətirib:

"Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Buna qədər Elmlər Akademiyasında çalışırdım. Həmin dövr mənim üçün səmərəli iş dövrü idi.

3 il ərzində iqlimşünaslıq, iqlimdəyişmələri sahəsində müəyyən tədqiqatlar apardım, məqalələrim bəzi Avropa ölkələrinin, Amerikanın jurnallarında dərc olundu. İndi təklif edilən işi qəbul etdim. Çalışacağam ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlim, mənə göstərilən etimadı doğruldum".