DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək VİDEO FOTO


Digərləri 03 May 2018 13:57:00 228 0

DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində əkin yerlərində tikilən evlərin söküləcəyi ilə bağlı maraqlı sujet yayımlanıb.

Xaçmazın Gülalan kənd sakini Fəzail Sultanov on ildən çoxdur ki, təsərrüfatla məşğuldur. O bildirir ki, bağçılıqla yanaşı fermer təsərrüfatı ilə də məşğul olmaq istəyir. Lakin tikinti aparmaq üçün təyinatı üzrə torpaq sahələrinin olmaması və pay torpağı yerlərində bu tip tikintini aparılmasına icazənin verilməməsi onu  bu istəyini reallaşdırmağa imkan vermir.

Fəzail Sultanov -Xaçmaz sakini: "Mənim 2 hektar 6 sot pay torpağım var. Sadəcə olaraq hökumətin pay torpaqlarında tikinti işləri aparılmasına qadağa qoyulduğuna görə mən o işi görməmişəm. Təzəlikcə balaca fındıq bağı salmışam. Bir də heyvanlar üçün örüş yeri saxlamışam".

Bəzən regionlarda Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri yoxlama keçirərkən müxtəlif qanun pozuntularına rast gəlir. Belə ki, sahibkarlar kənd təsərrüfatı təyinatlı  torpaq sahəsində həm də heyvandarlıqla məşqul olmaq  məqsədilə qanunsuz tikinti aparır. Məsələn ərazidə tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikir. Belə olduqda manitorinq aparan qurum, bələdiyyə orqanları ilə sahibkarlar arasında anlaşılmazlıqlar yaranır.

Ceyhun Mustafayev - Bələdiyyə sədri: "Vətandaşlarda bir anlaşılmazlıq yaranır ki, vətəndaş hər hansı bir mülkiyyətçidən pay torpağını özəlləşdirir, pulu ilə alır elə təsəvvür edir ki, bu onun mülkiyyətidir və o torpaq sahəsində istənilən bir fəaliyyət növü ilə məşğul olmaq olar. Ev tikmək olar.  Biz onlara izah edirik, qanunvericiliyin şərtlərini göstəririk ki, həmin torpaqlar fərqi yoxdu hər hansı bir təyinatla alınıbsa sırf həmin təyinatda istifadə oluna bilər".

Sözü gedən sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. 


Xəbərə aid fotolar