Formula 1lə bağlı küçələrdəki əmlakı oğurlayan və zərər yetirənlərə rəsmi cəza xəbərdarlığı


Digərləri 03 May 2018 13:42:00 253 0

Formula 1lə bağlı küçələrdəki əmlakı oğurlayan və zərər yetirənlərə rəsmi cəza xəbərdarlığı

Son.az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bakı sakinlərinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Hörmətli paytaxt sakinləri!

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, göstərdiyiniz anlayış və dəstək sayəsində biz növbəti dəfə Formula 1 çempionatının möhtəşəm yarışına ev sahibliyi etdik.

Artıq biz yarış başa çatdıqdan dərhal sonra yarış məkanında olan bütün tikililərin sökülməsi prosesinə start verdik və tezliklə birlikdə gözəl Bakımızın mərkəzi küçələrinin əvvəlki görkəminə şahid olacağıq.

Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir.