Səhiyyə Nazirliyi sahibkarlara müraciət etdi


Digərləri 03 May 2018 13:28:00 246 0

Səhiyyə Nazirliyi sahibkarlara müraciət etdi

"Səhiyyə Nazirliyi əczaçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edərək onları bu sahə üzrə yeni qəbul olunan tələblərə riayət etməyə çağırıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən tətbiq olunan yeni sənədlərə əsasən, dərmanların satışı ilə əlaqədar apteklər qarşısında tələblər sərtləşdirilib:

"Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa, pozuntuya yol verən şəxs cərimələnəcək".