Komitə sədri: Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir


Digərləri 03 May 2018 12:53:00 227 0

Komitə sədri: Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir

Azərbaycanda dərman vasitələrinin reklamı ilə bağlı məsələyə yenidən baxıla bilər.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: “Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.